...

İraqın Parlament komitəsinin rəhbəri Azərbaycana gələcək

Siyasət Materials 16 Yanvar 2012 12:43 (UTC +04:00)
Bu gün İraq Parlamentinin Beynəlxalq münasibətlər komitəsinin rəhbəri şeyx Homam Hammudi Azərbaycana rəsmi səfərə gələcək.
İraqın Parlament komitəsinin rəhbəri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir A.Tağıyeva /

Bu gün İraq Parlamentinin Beynəlxalq münasibətlər komitəsinin rəhbəri şeyx Homam Hammudi Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

Üç gün davam edəcək səfər zamanı Hammudi Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Səfərin yekunları üzrə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti