...

Azərbaycan BMT TŞ-ni humanitar hüquq pozuntularına laqeyd qalmamağa çağırıb

Siyasət Materials 25 Yanvar 2012 11:50 (UTC +04:00)
Azərbaycan BMT Təhlükəsizlik Şurasını beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə bağlı vəziyyətlərə biganə qalmamağa çağırıb.
Azərbaycan BMT TŞ-ni humanitar hüquq pozuntularına laqeyd qalmamağa çağırıb

Azərbaycan, Bakı, 25 yanvar / Trend/

Azərbaycan BMT Təhlükəsizlik Şurasını beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə bağlı vəziyyətlərə biganə qalmamağa çağırıb.

"BMT Təhlükəsizlik Şurası beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması ilə bağlı vəziyyətlərə biganə qalmamağa çağırıb", - bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT TŞ-nin Yaxın Şərqəki vəziyyətə dair iclasının açılışında deyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

İşğal olunmuş ərazilərdə yəhudi məskənlərinin qanunsuz tikintisi israillilərlə fələstinlilər arasında sülhə doğru yolda başlıca maneələrdən biridir. Agentlik yazır ki, bu fikir BMT TŞ-nin çərşənbə axşamı keçirilən Yaxın Şərqəki vəziyyətə dair iclasının açılışında səsləndirilib.

"İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə məskunlaşma fəallığı Fələstin xalqının həyat şəraitinə və sülhün perspektivlərinə son dərəcə məhvedici təsir göstərir", - BMT yanında Fələstinin daimi müşahidəçisi Riyad Mənsur bildirib. O, BMT-nin məlumatlarına istinad edərək bəyan edib ki, ötən il İsrailin məskunlaşma fəallığı ən azı 20 faizə çatıb: 1850 ədəd mənzilin tikintisinə başlanılıb, 142 qanunsuz məskən və avanpost adlandırılan ərazilərdə ən azı daha 3500 mənzil tikilmə mərhələsindədir.

İsrailin bu hərəkətləri nəticəsində "Qərb sahilinin ərazisinin 43 faizi Fələstin Milli Administrasiyasının nəzarətindən çıxıb ki, bu da Fələstin xalqını özünün təbii resurslarına çıxışdan məhrum edib və ona qanuni iqtisadi, sosial və mədəni fəaliyyətlə məşğul olmağa imkan vermir", - Hindistan səfiri Hardip Sinqh Puri deyib.

"Belə fəaliyyət qanunsuzdur və nizamlanmaya nail olunması üzrə göstərilən beynəlxalq səylərə ciddi ziyan vurur", - BMT yanında RF-nin daimi nümayəndəsi Vitali Çurkin bildirib. O, "praktiki olaraq tam cəzasızlıqdan" istifadə edən təcavüzkar mühacirlər tərəfindən İordan çayının qərb sahilində fələstinlilərə və onların əmlakına münasibətdə zorakılıq hallarının artmasına görə narahatlığını ifadə edib.

Azərbaycan yanvardan BMT TŞ-nin qeyri-daimi üzvü funksiyasını yerinə yetirir. Ölkə ötən ilin oktyabrında 2012-2013-cü illər üçün TŞ-nin qeyri-daimi üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti