...

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 25 Yanvar 2012 19:09 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri yanvarın 30-dan fevralın 3-dək Azərbaycana səfər edəcək.
AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri yanvarın 30-dan fevralın 3-dək Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında qurumun Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt deyib.

"Yanvarın 30-dan fevralın 3-dək digər həmməruzəçi Jozef Debono Qrexlə birlikdə Azərbaycana səfər edəcəyik. Səfərdə məqsəd Azərbaycan-Avropa Şurası münasibətlərini, Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri və digər məsələləri müzakirə etməkdir", - Aqramunt əlavə edib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti, Milli Məclisin sədri, Ali Məhkəmənin sədri, insan haqları üzrə müvəkkil, ədliyyə naziri, AŞ PA-da Azərbaycan nümayəndə heyəti, siyasi partiya təmsilçiləri, QHT və KİV nümayəndələri ilə görüşlər planlaşdırılır.

"Eyni zamanda, səfər çərçivəsində fevralın 2-də biz Quba şəhərinə gedəcəyik. İndiki məqamda Azərbaycanla bağlı hesabat hazırlanmır. Ola bilsin ki, 2012-ci ilin iyun ayında Azərbaycanla bağlı hesabatın hazırlanması nəzərdə tutulsun. Bu, hələ konkret deyil. Bununla bağlı dəqiq bir şey deyə bilmərəm", - Aqramunt deyib.

Xəbər lenti

Xəbər lenti