...

Səfa Mirzəyev: "Siyasi partiyalar haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq

Siyasət Materials 30 Yanvar 2012 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

"Siyasi partiyalar haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev bazar ertəsi parlamentin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanun layihəsi MM-in mütəxəssisləri tərəfindən hazırlanmasa da, onlar layihə ilə tanış olublar.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.

Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti