...

İran Fransa və Niderlanda neft satışını dayandırıb, dörd ölkəyə isə xəbərdarlıq edib (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 15 Fevral 2012 17:45 (UTC +04:00)
İran Fransa və Niderlanda neft satışını dayandırıb, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstana isə xəbərdarlıq edib.

Təfərrüatlar əlavə olunub (ilk xəbər 16:03-də yayılıb)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

İran Fransa və Niderlanda neft satışını dayandırıb, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstana isə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr" agentliyi İran Milli Neft Şirkətindəki mənbəyə istinadən xəbər verib.

Çərşənbə günü Fransa, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan və Niderlandın səfirləri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Aİ-nin İrana qarşı birtərəfli sanksiyaları müzakirə edilib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Kərim Abidi deyib ki, bir neçə Avropa ölkəsi İrandan Aİ-nin bu ölkədən neft ixracına qarşı sanksiyaların tətbiqi haqqında qərarının ləğvi üçün möhlət istəyib.

Xəbər lenti

Xəbər lenti