...

Taksim Meydanında Xocalı soyqırımına dair başlayacaq yürüş-mitinqlə bağlı polis təhlükəsizlik tədbirləri görüb

Siyasət Materials 26 Fevral 2012 13:59 (UTC +04:00)
İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək yürüş-mitinqlə bağlı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görüb.
Taksim Meydanında Xocalı soyqırımına dair başlayacaq yürüş-mitinqlə bağlı polis təhlükəsizlik tədbirləri görüb

Türkiyə, İstanbul, 26 fevral /Trend, müxbir R.Hafizoğlu, K.Zərbalıyeva/

İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək yürüş-mitinqlə bağlı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görüb.

Trend-in İstanbula ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Türkiyə vaxtilə saat 14:00-da (Bakı vaxtilə 16:00) başlayacaq yürüş-mitinqlə bağlı Taksim Meydanına artıq şəhərin müxtəlif istiqamətlərindən kütlə axışır.

Əvvəlcə "Qalatasaray" liseyinden meydana "ədalət yürüşü" olacaq. Sonra Taksim meydanında "Hamımız xocalılıyıq, hamımız məhmətciyik" adlı yürüş-mitinq başlayacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti