...

Bahar Muradova: ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Bakıda keçirilməsi öz dəstəyini tapıb

Siyasət Materials 28 Fevral 2012 13:49 (UTC +04:00)
ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Bakıda keçirilməsi öz dəstəyini tapıb. İqtisadi məsələlərə həsr olunacaq sessiyada Azərbaycanın təklif edəcək bir neçə layihələri olacaq.
Bahar Muradova: ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Bakıda keçirilməsi öz dəstəyini tapıb

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir M.Əliyev/

ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Bakıda keçirilməsi öz dəstəyini tapıb. İqtisadi məsələlərə həsr olunacaq sessiyada Azərbaycanın təklif edəcək bir neçə layihələri olacaq. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın qış sessiyasının nəticələrinə dair keçirilən mətbuat konfrasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Muradova qeyd edib ki, sessiyaya hazırlıq çərçivəsində 2014-cü ilə kimi ATƏT PA tədbirləri çərçivəsində Azərbaycanın inkişafı, mövcud durumu barədə məlumatlar üzv dövlətlərə çatdırılacaq.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova qurumun qış sessiyasının yekununda keçirilmiş ümumi iclasda 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi barədə Milli Məclisin sədri Oqtay Əsədovun ATƏT PA-nın prezidenti Petros Eftimiuya rəsmi məktub göndərdiyini bildirib.

Həmçinin, avropalı həmkarlarını may ayında Bakının ev sahibliyi edəcəyi 57-ci "Eurovision" mahnı müsabiqəsinə dəvət edən Muradova bu tədbirin Azərbaycan xalqının mədəniyyəti, adət-ənənələri, milli dəyərləri və qonaqpərvərliyi ilə yaxından tanış olmaq üçün gözəl fürsət olduğunu bildirib.

Qeyd edək ki, fevralın 24-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 11-ci qış sessiyası öz işini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti