...

Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları üzrə konfransda iştirak edib

Siyasət Materials 28 Fevral 2012 15:19 (UTC +04:00)
"Bakı Expo" Mərkəzində çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları üzrə konfransda iştirak edib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

"Bakı Expo" Mərkəzində çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda giriş və yekun nitqi söyləyib.

Konfransda, həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "ATENA" süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, "AzMDF" zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, "Naxçıvan" avtomobil zavodunun icraçı direktoru Polad Sadıxov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış ediblər.

Konfransda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışılıb.

Xəbər lenti

Xəbər lenti