...

Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı təkrar müraciətinə cavab verilib

Siyasət Materials 5 Mart 2012 10:10 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib.
Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı təkrar müraciətinə cavab verilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib.

Partiyaya Bakının kəndlərində dörd müxtəlif yer təklif edilib. Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.

Onun sözlərinə görə, martın 2-də verilən cavabda qurultay üçün Müsavata Maştağa qəsəbəsində Məmmədyarov adına mədəniyyət klubu, Əmircan qəsəbəsindəki mədəniyyət klubu, Bakı kinoteatrı və Bakıxanov qəsəbəsində Ədil İsgəndərov adına mədəniyyət sarayı təklif edilib.

Aslanlı qeyd edib ki, hal-hazırda həmin yerlərin tutumu öyrənilir.

Onun sözlərinə görə, bu gün bu məsələ Divanda müzakirə ediləcək və qərar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti