...

Azərbaycan qadınlarının bir qrupuna medal və fəxri adlar verilib

Siyasət Materials 5 Mart 2012 19:09 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan qadınlarının bir qrupuna medal və fəxri adlar verilib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağayeva Zenfira Hüseyn qızı
İsmayılova Sənubər Abdulla qızı
Məmmədova Zərifə Kamil qızı
Tağızadə Lətafət Firuz qızı

Dövlət başçısıının digər sərəncamı ilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Müəllim"

Kərimova Çimnaz Əli qızı
Qəribova Jalə Əhməd qızı
Quliyeva Balanisə Balış qızı
Quliyeva Sevinc Oqtay qızı

"Əməkdar Mədəniyyət İşçisi"

Adıgözəlova Zöhrə Umru qızı

Xəbər lenti

Xəbər lenti