Azərbaycan, Bakı, 8 mart /Trend/
Əfqanıstan Hərbi Hava Qüvvələrinin bir sıra rəhbərlərinin hərbi təyyarələr vasitəsi ilə narkotiklərin və silahın daşıması güman edilir.
Trend-in məlumatına görə, bunu Əfqanıstan hərbçilərinin hazırlanması ilə məşğul olan ABŞ ordusunun general-leytenantı Daniel Bolger Wall Street Journal qəzetinə verdiyi müsahibədə bildirib. Bolger güman edir ki, daşınan bu mallar qanunsuz silahlı formalaşmalar üçün yollanılırdı.
Hazırda Əfqanıstan HHQ-in rəhbərliyinin narkotiklərin və silahın qeyri-qanuni daşımasına əlaqəli olması ilə bağlı iki araşdırma aparılır. Onların biri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF), digəri isə ABŞ ədliyyə nazirliyinin Narkotiklərə qarşı mübarizə idarəsi tərəfindən keçirilir.