...

Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 15 Mart 2012 10:55 (UTC +04:00)
Martın 14-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Tircan kəndində seçiciləri ilə görüş keçirib.
Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Martın 14-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Tircan kəndində seçiciləri ilə görüş keçirib. Trend-in məlumatına görə, 100-ə yaxın sakinin iştirakı ilə kənd orta məktəbində keçirilən görüşdə qaldırılan məsələlər əsasən kəndin yolu və təbii qazın verilməsi ilə bağlı olub.

Bu məsələlərlə bağlı millət vəkili Novruz Aslanova kənd sakinləri tərəfindən müraciət əvvəllər edilib və deputat əlaqədar strukturlara bu barədə müvafiq məktublar göndərib. Cari və sonrakı illərdə bu problemin aradan qaldırılması nəzərdə tutulub. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Rafael Əhmədov da iştirak edib.

Məlumat üçün bildirək ki, deputat Novruz Aslanov İsmayıllı şəhəri ilə yanaşı, kəndlərdə də seçiciləri ilə görüşlər keçirir. Belə səyyar görüşlər rayon İcra Hakimiyyəti ilə birgə keçirilir və kənd sakinlərinin problemləri ilə yerində tanış olmağa şərait yaradır.

Xəbər lenti

Xəbər lenti