...

Birgə layihələrin reallaşdırılması Azərbaycanla əməkdaşlığın inkişafına xidmət edir - Meksika XİN

Siyasət Materials 19 Mart 2012 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend/

Birgə layihələrin reallaşdırılması Azərbaycanla əməkdaşlığın inkişafına xidmət edir. Meksikanın XİN rəhbəri belə hesab edir. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

"Meksika və Azərbaycan xalqlarının öz maraqları naminə ikitərəfli münasibətləri, eyni zamanda, dostluq və əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirdikləri vurğulanaraq, iki ölkə arasında yüksək səviyyəli təmasların, hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin və əsası qoyulmuş əməkdaşlıq layihələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradır", - Meksikanın xarici işlər naziri xanım Patrisiya Espinoza Kanteyanonun azərbaycanlı həmkarı Elmar Məmmədyarova imzaladığı məktubda belə deyilir.

Məktub Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi münasibətilə ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti