...

İlham Əliyev Tunis və Pakistan prezidentlərini təbrik edib

Siyasət Materials 19 Mart 2012 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Munsef əl-Mərzuqiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tunis və Pakistan prezidentlərini təbrik edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Munsef əl-Mərzuqiyə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram", - təbrikdə deyilir.

Prezident İlham Əliyev, həmçinin, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini təbrik edib.

"Milli bayramınız - Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bir-birinə möhkəm dostluq telləri ilə bağlı olan ölkələrimiz arasındakı mövcud siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə bildirilir.

İlham Əliyev Asif Əli Zərdariyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti