...

Dəməşq Annanın ölkədə böhranın nizamlanması üzrə planı ilə razılaşıb

Siyasət Materials 27 Mart 2012 15:56 (UTC +04:00)
Suriya hakimiyyəti ölkədə böhranın nizamlanması ilə bağlı Kofi Annanın təklif etdiyi planla razılaşıb.
Dəməşq Annanın ölkədə böhranın nizamlanması üzrə planı ilə razılaşıb

Azərbaycan, Bakı, 27 mart /Trend/

Suriya hakimiyyəti ölkədə böhranın nizamlanması ilə bağlı Kofi Annanın təklif etdiyi planla razılaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Frans Press" agentliyi Annanın nümayəndəsinə istinadən xəbər verib.

Bazar ertəsi BMT-nin və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan rəsmi Dəməşqdən Suriyadakı böhranın həlli üzrə planla bağlı yeni cavab alıb.

Qeyd edək ki, martın 21-də BMT Təhlükəsizlik Şurası Annanın təkliflərinə "tam dəstək" ifadə edən bəyanatı yekdilliklə qəbul edib. Qətnamədən fərqli olaraq, məcburi icra gücü olmayan bəyanat Suriya Prezidenti Bəşşar Əsədi və ölkə müxalifətinin nümayəndələrini Suriyadakı böhranın həlli ilə bağlı Annanın altı bənddən ibarət sülh planını dərhal həyata keçirmək üçün onunla "xoş məramla" işləməyə çağırır.

Annanın təkliflərindən biri "BMT-nin müşahidəsi altında Suriya qoşunlarının çıxarılmasından başlayaraq, münaqişə tərəflərinin ölkənin iri şəhərlərindən bütün silahlı zorakılıq formalarının dayandırılması"ndan ibarətdir. Sənəddə, həmçinin "silahlı qarşıdurmalardan ziyan çəkən rayonlara humanitar yardımların çatdırılmasının və qanunsuz saxlanılanların azad edilməsinin təmin edilməsi" də təklif olunur.

Xəbər lenti

Xəbər lenti