...

Azərbaycan ilə AŞ arasında yerli demokratiya sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir

Siyasət Materials 3 Aprel 2012 18:09 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu ilə görüşüb.
Azərbaycan ilə AŞ arasında yerli demokratiya sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu ilə görüşüb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın yerli özünüidarəetmə sahəsində Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulayan nazir respublikamızda ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, onların səlahiyyətlərinin genişləndirilməsi üzrə işlərdən danışıb, bələdiyyə assosiasiyalarının yaradılmasında və inkişafında Konqresin fəal dəstəyini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Niderlandın Katviyk şəhərinin meri Yos Vinen monitorinq qrupunun missiyası barədə məlumat verərək bildirib ki, səfərin məqsədi yerli özünüidarəetmə sahəsində vəziyyəti öyrənmək və bələdiyyə institutunun inkişafına yardım etməkdir. Qonaqlar ölkəmizin Konqreslə əlaqələrindən məmnunluğunu ifadə edib, bələdiyyələrin inkişafı üzrə görülən işləri dəyərləndirib, həyata keçirilən tədbirlərə Konqresin bundan sonra da dəstək göstərməyə hazır olduğunu söyləyiblər.

Qonaqların diqqəti həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.

Görüşdə səmərəli fikir mübadiləsi aparılıb, o cümlədən bələdiyyələrin müstəqilliyi, icra hakimiyyətləri ilə qarşılıqlı əlaqələr və maraq doğuran digər suallar ətraflı cavablandırılıb.

Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri K.Yerokostopulos da iştirak edib.

Xəbər lenti

Xəbər lenti