...

Azərbaycanın xarici işlər naziri ISAF-ın iclasına dəvət olunub

Siyasət Materials 5 Aprel 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Təhlükəsizliyə Dəstək qüvvələrinə (International Security Assistance Force - ISAF) töhfə verən ölkələrin XİN rəhbərlərinin iclasına dəvət olunub.

İclas aprelin 19-da Brüsseldə keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə NATO-dakı mənbə bildirib.

NATO-nun başçılıq etdiyi ISAF 2001-ci ildən Əfqanıstan ərazisində fəaliyyət göstərən beynəlxalq hərbi kontingentdir.

İclasda ISAF proqramlarının reallaşdırılması perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.

Aprelin 18-19-da NATO-nun mənzil-qərargahında NATO ölkələrinin XİN rəhbərlərinin və müdafiə nazirlərinin iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti