Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir M.Əliyev/
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun dünyadakı nüfuzundan və hörmətindən xəbər verir. Trend-in məlumatına görə, Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko belə hesab edir.
"Bu bizim beynəlxalq sahədə əməkdaşlığımız üçün yeni imkanlar açır. Məsələlərin əksəriyyətində ölkələrimizin mövqeləri üst-üstə düşür və ya yaxındır. Və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi bir çox beynəlxalq məsələlərə baxılması və həlli zamanı daha səmərəli əməkdaşlıq etməyimizə imkan verir", - Matviyenko bazar ertəsi Bakıda jurnalistlərə deyib.
Yanvardan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
Matviyenkonun sözlərinə görə, ən yüksək siyasi səviyyədə dialoq çox fəal aparılır.