...

Gəncədəki əməliyyat zamanı göstərdikləri şücaətə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib

Siyasət Materials 9 Aprel 2012 19:38 (UTC +04:00)
Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Prezidentinin 2012-ci il 9 aprel tarixli sərəncamı ilə orden və medallarla təltif olunub.
Gəncədəki əməliyyat zamanı göstərdikləri şücaətə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Prezidentinin 2012-ci il 9 aprel tarixli sərəncamı ilə orden və medallarla təltif olunub.

Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Qartal" xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif ediliblər.

Qeyd edək ki, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti