...

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışı olub (FOTO)

Siyasət Materials 12 Aprel 2012 16:58 (UTC +04:00)
Prezident İlham Əliyev cümə axşamı Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Prezident İlham Əliyev cümə axşamı Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilib. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənib, milli ornamentli naxışlarla bəzədilib. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

Bildirildi ki, binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılıb. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar var. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilib.

YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Xəbər lenti

Xəbər lenti