...

Elmar Məmmədyarov ISAF-ın XİN rəhbərlərinin iclasına dəvət olunub

Siyasət Materials 16 Aprel 2012 11:46 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (International Security Assistance Force - ISAF) daxil olan ölkələrin xarici işlər nazirlərinin aprelin 19-da Brüsseldə keçiriləcək iclasına dəvət olunub.
Elmar Məmmədyarov ISAF-ın XİN rəhbərlərinin iclasına dəvət olunub

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir S.Ağayeva/

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (International Security Assistance Force - ISAF) daxil olan ölkələrin xarici işlər nazirlərinin aprelin 19-da Brüsseldə keçiriləcək iclasına dəvət olunub. Bu barədə bazar ertəsi Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

NATO-nun başçılıq etdiyi ISAF 2001-ci ildən Əfqanıstan ərazisində fəaliyyət göstərən beynəlxalq hərbi kontingentdir.

İclasda ISAF proqramlarının perspektivlərinin müzakirəsi planlaşdırılır.

Aprelin 18-19-da NATO-nun mənzil-qərargahında Alyans ölkələrinin XİN rəhbərlərinin və müdafiə nazirlərinin iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti