...

Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verilib

Siyasət Materials 24 Aprel 2012 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Müsavat Partiyasının Opera və Balet Teatırında qurultay keçirməklə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tofiq Yaqublu çərşənbə axşamı Trend-ə bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi qurultayın Opera və Balet Teatırında keçirilməsinə icazə verməyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınmışdı. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.

Xəbər lenti

Xəbər lenti