Azərbaycan, Bakı, 25 aprel /Trend /
Bolqarıstanın Baş naziri Boyko Borisovun 26-27 apreldə Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlıq üzrə bir neçə sənədin imzalanması planlaşdırılır. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Səfər proqramına Bolqarıstanın Baş nazirinin Azərbaycan rəhbərliyi və hökuməti ilə görüşləri daxildir.
Bir qədər əvvəl Bolqarıstan KİV-inin verdiyi məlumata görə, Borisov Azərbaycan hakimiyyətini özünün Avropaya qaz tədarükünün diversifikasiyalaşdırılması ideyası ilə tanış edəcək.
"Əgər Gürcüstan Kulevi limanında sıxılmış qaz terminalı tikərsə, Azərbaycandan qaz Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstan və daha sonra başqa Avropa ölkələrinə çatdırıla bilər", - Baş nazir jurnalistlərə demişdi.