...

Tehranda ECO ölkələrinin Baş prokurorlarının iclası keçirilir

Siyasət Materials 30 Aprel 2012 11:43 (UTC +04:00)
Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin Baş prokurorlarının iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.
Tehranda ECO ölkələrinin Baş prokurorlarının iclası keçirilir

Azərbaycan, Bakı, 30 aprel / Trend, müxbir T.Cəfərov/

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin Baş prokurorlarının iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

Məlumata əsasən, ilk dəfə keçirilən iclasda Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandan olan nümayəndələr transmilli cinayətkarlığa qarşı mübarizədə regional əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda müzakirələr aparırlar.

İclas mayın 1-də öz işini başa çatdıracaq. İclasın açılış mərasimində İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani çıxış edəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycanı Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov təmsil edir.

Xəbər lenti

Xəbər lenti