...

Əli Həsənov: Cenevrədə "Eurovision"un Azərbaycanda keçirilməsinin siyasiləşdirilməməsi qənaətinə gəlindi

Siyasət Materials 5 May 2012 13:46 (UTC +04:00)
Təəssüflər olsun ki, son zamanlar Qərb mətbuatı Azərbaycanın həddən artıq qeyri-demokratik olduğu, ölkədə siyasi plüralizmin olmadığı, insan haqlarının pozulduğu, mətbuat və söz azadlığının təyziqlər altında olduğu ilə bağlı rəy yaradırlar.
Əli Həsənov: Cenevrədə "Eurovision"un Azərbaycanda keçirilməsinin siyasiləşdirilməməsi qənaətinə gəlindi

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

Təəssüflər olsun ki, son zamanlar Qərb mətbuatı Azərbaycanın həddən artıq qeyri-demokratik olduğu, ölkədə siyasi plüralizmin olmadığı, insan haqlarının pozulduğu, mətbuat və söz azadlığının təyziqlər altında olduğu ilə bağlı rəy yaradırlar. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov mayın 2-də Cenevrədə bununla bağlı çox ciddi müzakirələr keçirildiyini qeyd edərək bildirib ki, Avropa Yayım Birliyinə Azərbaycana təyziq göstərməsi üçün çox ciddi təzyiqlər edilir.

"Bu quruma təzyiqlər edilir ki, xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycana təyziqlərinin reallaşmasına yardım göstərsin, Azərbaycana təyziq göstərərək bu və ya digər məsələlərdə Azərbaycanı güzəştə sövq etsin. Cenevrədə çıxışlarım zamanı mən onlara inandırmağa çalışdım ki, Azərbaycanda söz, mətbuat azadlığının, vətəndaş cəmiyyətinin vəziyyəti, insan hüquqlarının vəziyyəti Avropa ölkələrinin heç birindən geridə deyil. Lakin bəzi hallar var ki, onlardan heç bir cəmiyyət sığortalanmayıb. Belə hallara qarşı Azərbaycan hakimiyyəti mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təyziq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz, mətbuat azadlığının vəziyyəti normal olmalıdır", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Cenevrədə ümumi qənaət ondan ibarət oldu ki, "Eurovision" müsabiqəsinin Azərbaycanda keçirilməsi siyasiləşdirilməsin, bu, hansısa proseslərlə əlaqələndirilməsin.

"Azərbaycan hakimiyyəti də söz verir ki, ölkəyə gələn bütün jurnalistlərə şərait yaradacaq. Azərbaycanda söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək, jurnalistlərin peşəkarlaşması istiqamətində səylərimizi davam etdirəcəyik", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti