...

Azərbaycan Prezidenti yekun attestasiyanın aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 10 May 2012 13:50 (UTC +04:00)
Azərbaycan prezidenti təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti yekun attestasiyanın aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 10 may / Trend/

Azərbaycan Prezidenti təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etsin.

Nazirlər Kabineti iki ay müddətində "Təhsil haqqında" Azərbaycan Qanununun tətbiq edilməsi barədə" Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndində nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

Xəbər lenti

Xəbər lenti