Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri iki ölkənin sərhədində yerləşən David Qareci monastr kompleksinin Udabno monastrı ilə bağlı vəziyyəti müzakirə ediblər.
Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, bu məsələ dünən Qriqol Vaşadze və Elmar Məmmədyarov arasında telefon danışığı zamanı müzakirə olunub.
XİN-in rəsmi məlumatına görə, danışıq zamanı ikitərəfli münasibətlərin aktual məsələləri nəzərdən keçirilib.