...

Rəsmi Bakı İranı antiazərbaycan təbliğatı aparmaqda günahlandırır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 May 2012 12:55 (UTC +04:00)
Son zamanlar "Eurovision" mahnı müsabiqəsinin fonunda Azərbaycana qarşı aparılan təbliğatın əsas və ən kəskin mərkəzi İrandır.
Rəsmi Bakı İranı antiazərbaycan təbliğatı aparmaqda günahlandırır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Son zamanlar "Eurovision" mahnı müsabiqəsinin fonunda Azərbaycana qarşı aparılan təbliğatın əsas və ən kəskin mərkəzi İrandır. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov deyib ki, İran başlanğıcdan Bakının cəlbedici şəhərə çevrilməsini, xarici turistlərin gəlməsini, burada sərbəst fəaliyyət göstərməsini ciddi şəkildə qısqanclıqla qarşılayır.

"Fakt odur ki, olmayan şeylər - qeylərin paradının keçirilməsi, İslamın təqib edilməsi, Azərbaycanın İslam yolundan çəkilməsi kimi uydurmalarla antiazərbaycan təbliğatı gedir. Biz görüşlər keçirəndə demişik ki, siz bizim dünyəvi quruluşumuza müdaxilə etməyin, biz sizin dini quruluşunuza müdaxilə etməyək. Azərbaycan xalqı İslam ənələrini, əqidəsini davam etdirir, biz dini anlamda İslamın əsaslarına söykənirik, İslamın Azərbaycan modeli var", - PA rəsmisi əlavə edib.

O təəssüflə bildirib ki, aksiyalar davam edir.

"Biz məgər Azərbaycanda geylərin paradını keçiririk. Bilmirəm bu gey-parad bunların beyninə hardan düşüb? Azərbaycanda heç gey-paradın ifadəsi də yoxdur, amma onlarda var - "ibnə". Bilmirəm bu "ibnə" onların beyninə hardan düşüb və təzələnib", - Həsənov vurğulayıb.

PA rəsmisi, həmçinin deyib ki, Qərb mətbuatında eyni vaxtda bir sıra qəzetlər antiazərbaycan təbliğatı aparır.

"Dünyada yüzlərlə televiziyalar, agentliklər, qəzetlər var və onlardan cəmi beşi davamlı şəkildə "Amnesty İnternational", "Human Rights Watches" və adı heç nə deməyən bəzi təşkilatların eyni istiqamətli, eyni standartlı məlumatlarını yaymaqda davam edirlər. Bunlardan Almaniyada 2 qəzet və 1 televiziya var", - Həsənov əlavə edib.

O vurğulayıb ki, bu sırada BBC telekşirkəti, "The Guardian" qəzeti də var.

"Mən Almaniyada erməni lobbisinin təqdim etdiyi məlumat qovluqlarını gördüm. Deməli, bunlar bir mərkəzdən yönləndirilən təbliğatın ruporlarına çevrilib", - PA rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti