...

İraq Prezidenti istefa verəcək

Siyasət Materials 23 May 2012 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Tağıyeva/

İraq Prezidenti Cəlal Tələbani mərkəzi hakimiyyət və kürd muxtariyyəti arasında fikir ayrılıqları səbəbindən istefa verməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü kürd administrasiyasının baş naziri Neçirvan Bərzani İraqın "Havlati" qəzetinə müsahibəsində bildirib.

"Tələbani istefaya hazırlaşır. Prezident bu addımla Kürd muxtariyyətinə dəstəyini nümayiş etdirir", - Bərzani deyib.

Bərzaninin sözlərinə görə, o, bu məsələ ilə bağlı narahatlığını ABŞ Prezidenti Barak Obama ilə bölüşüb. O, həmçinin qeyd edib ki, İraq hakimiyyəti ilə Bağdad və kürd administrasiyası arasındakı bütün problemlərin müzakirə ediləcəyi təcili görüş keçirmək niyyətindədir.

Bərzani deyib ki, əgər tərəflər konkret dəyişikliklər barədə razılığa gələ bilməsələr, kürd muxtariyyəti əl-Malikini daha İraq hökumətinin başçısı hesab etməyək.

Xəbər lenti

Xəbər lenti