...

Suriya Türkiyəyə məxsus hərbi təyyarəni vurub

Siyasət Materials 23 İyun 2012 03:01 (UTC +04:00)
Türkiyəyə məxsus qırıcı təyyarənin Aralıq dənizində yoxa çıxması ilə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə müşavirə keçirilib.
Suriya Türkiyəyə məxsus hərbi təyyarəni vurub

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Türkiyəyə məxsus qırıcı təyyarənin Aralıq dənizində yoxa çıxması ilə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə müşavirə keçirilib. Müşavirədən sonra yayılan bəyanatda təyyarənin Suriya tərəfindən vurulduğu qeyd edilib. Bu barərə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Bəyanatda təyyarənin Suriya tərəfindən vurulduğu, təyyarə və pilotların axtarışı və xilasetmə işlərinin davam etdiyi vurğulanıb.

"Türkiyə hadisənin təfərrüatlarının tamamilə müəyyən edilməsindən sonra qətiyyətlə lazımi addımlar atacaq", - bəyanatda deyilir.

Suriya Müdafiə Nazirliyi Türkiyəyə aid hərbi təyyarənin Suriya sahillərində, ölkə hüdudları daxilində vurulduğunu açıqlayıb.

"Türkiyə tərəfdən Suriya sərhədindən 1 km içəri daxil olan təyyarə görünüb. Açılan atəş nəticəsində təyyarə sahildən 10 mil məsafədə dənizə düşüb. Suriya ilə Türkiyə dəniz qüvvələri arasında rabitə yaradılıb və ortaq axtarış başlayıb", - açıqlamada deyilir.

Suriya, həmçinin hədəfin vurulmasından sonra onun Türkiyəyə aid olduğunu müəyyənləşdirdiyini bəyan edib.

Türk döyüş təyyarəsi cümə günü Aralıq dənizi üzərində Hatay vilayəti yaxınlığında yoxa çıxıb. "F-4E Phantom" tipli təyyarə Malatyadan havaya qalxıb. Bir neçə saat sonra isə təyyarə ilə əlaqə kəsilib.

Xəbər lenti

Xəbər lenti