...

Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası müzakirə edilib

Siyasət Materials 25 İyun 2012 12:27 (UTC +04:00)
Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası müzakirə edilib.
Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası müzakirə edilib

Azərbaycan, Bakı, 25 iyun / Trend müxbir M.Əliyev/

Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası müzakirə edilib.

Azərbaycan Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bazar ertəsi Trend-ə bildirib ki, müzakirələr Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən Cənubi Qafqaz bölgəsinin "Şərq tərəfdaşlığı" proqamında iştirakı və Avroatlantik məkana inteqrasiyası ilə bağlı konfransda aparılıb.

Tədbirdə çıxışı zamanı Mollazadə inteqrasiya proseslərində münaqişələrin həll olunmamasını əsas maneə kimi göstərib və bu məsələlərdə beynəlxalq hüquq normalarından istifadə olunmadığını vurğulayıb.

Azərbaycanlı deputat qeyd edib ki, NATO genişlənməyə hazır deyil.

"NATO Ukrayna ilə Gürcüstana "hə" deməyəndən sonra aydındır ki, alyans genişlənməyə hazır deyil, Rusiya ilə əlaqələrini müəyyənləşdirir", - o deyib.

Deputat NATO və Avropa ölkələrindən ilk növbədə, münaqişələrin həllinə dəstək gözlənildiyini vurğulayıb.

Mollazadə deyib ki, NATO baş katibinin müavini Aleksandr Verşbou, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza, Avropa Komissiyasının bölmə rəhbəri Con Kyaerin və digərlərinin iştrak etdiyi müzakirələrdə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da iştirakı nəzərdə tutulsa da, ölkəsində ona qarşı cinayət işi açıldığından və xarici səfər qadağan edildiyindən o, görüşdə iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti