...

Azərbaycan “Əfqanıstana dair Tokio Konfransı”nda iştirak edəcək

Siyasət Materials 6 İyul 2012 18:41 (UTC +04:00)
Azərbaycan Tokioda keçiriləcək Yaponiya və Əfqanıstan Hökumətlərinin həmsədrliyi ilə Xarici İşlər Nazirləri səviyyəsində “Əfqanıstana dair Tokio Konfransı”nda iştirak edəcək.
Azərbaycan “Əfqanıstana dair Tokio Konfransı”nda iştirak edəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Tokioda keçiriləcək Yaponiya və Əfqanıstan Hökumətlərinin həmsədrliyi ilə Xarici İşlər Nazirləri səviyyəsində "Əfqanıstana dair Tokio Konfransı"nda iştirak edəcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-də təşkil olunacaq beynəlxalq konfransda ölkəmizi xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Konfransda Əfqanıstanın dayanıqlı inkişafı ilə bağlı məsələlərə diqqət ayrılacaq və beynəlxalq yardımların koordinasiya edilməsi, idarəçilik, regional iqtisadi əməkdaşlıq, eləcə də bu tədbirin davamı olaraq həyata keçirilmə mexanizmləri müzakirə ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti