...

İran Hörmüz boğazında dənizi ölçmə əməliyyatını həyata keçirəcək

Siyasət Materials 23 İyul 2012 10:29 (UTC +04:00)
İran Fars körfəzində ən böyük kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatını həyata keçirəcək.
İran Hörmüz boğazında dənizi ölçmə əməliyyatını həyata keçirəcək

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Cəfərov/

İran Fars körfəzində ən böyük kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatını həyata keçirəcək. Ölçmə əməliyyatına sentyabr ayında Hörmüz boğazından başlanacaq. Bunu İranın Milli Okeanoloji Müəssisəsinin rəhbəri Vəhid Çegini deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Çegini bildirib ki, bu əməliyyatın icrası 18 ay çəkəcək və dənizin fiziki, geoloji və kimyəvi ölçülməsi əməliyyatı davamlı şəkildə aparılacaq.

Onun sözlərinə görə, bu təhqiqat proqramının icrası ilə Hörmüz boğazında baş verən dəyişiklikləri daha yaxşı öyrənə biləcəklərinə ümid edirlər.

Çegini bunun Fars körfəzində və Hörmüz boğazında ilk və genişmiqyaslı əməliyyat olduğunu vurğulayıb və deyib ki, indiyədək heç bir ölkə Hörmüz boğazında bu növ araşdırma aparmayıb.

Xəbər lenti

Xəbər lenti