...

Azərbaycanın xarici işlər naziri Avstriyaya rəsmi səfərə dəvət edilib

Siyasət Materials 18 Avqust 2012 12:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Salzburq şəhərində keçirilən Salzbur trilogiyası konfransında iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Michael Spindelegger ilə görüş keçirib.
Azərbaycanın xarici işlər naziri Avstriyaya rəsmi səfərə dəvət edilib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Salzburq şəhərində keçirilən Salzbur trilogiyası konfransında iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Michael Spindelegger ilə görüş keçirib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazirlər tərəfindən Azərbaycan və Avstriya arasındakı münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və iki ölkə arasında iqtisadi, enerji və mədəniyyət sahəsində əməkdaşlığın gələcək inkişafı perspektivləri müzakirə edilib.

Görüş əsnasında Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə edilib. Nazirlər parlamentlərarası münasibətlərin inkişafi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və bu səfərlərin artmasının daha da təşviq edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə səfər mübadilələrinin hayata keçirilməsinin zəruriliyi qeyd edilib. Avstriyanın xarici işlər naziri həmkarı Elmar Məmmədyarovu Avstriyaya rəsmi səfərə dəvət edib.

Görüş zamanı Məmmədyarov Avstriyada Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın bir zamanda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirib.

Nazir Elmar Məmmədyarov göruşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu barədə avstriyali həmkarına məlumat verib.

Xəbər lenti

Xəbər lenti