...

Azərbaycan Prezidenti Mərakeş və Qətərə yeni səfirlər təyin edib

Siyasət Materials 5 Sentyabr 2012 20:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Mərakeş və Qətərə yeni səfirlər təyin edib

Azərbaycan, Bakı, 5 sentyabr/Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Tarik İsmayıl oğlu Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər lenti

Xəbər lenti