...

Ermənilərin Estoniyada piket keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Siyasət Materials 7 Sentyabr 2012 18:09 (UTC +04:00)
Estoniyadakı Azərbaycan diasporu və ölkəmizin bu ölkədəki səfirliyinin səyi ilə ermənilərin Tallində "Swiss Hotel"in önündə yerləşən kilsələri qarşısında Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ekstradisiyası və daha sonra əfv olunmasına etiraz əlaməti olaraq piket keçirmək cəhdinin qarşısını alıb.
Ermənilərin Estoniyada piket keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Estoniyadakı Azərbaycan diasporu və ölkəmizin bu ölkədəki səfirliyinin səyi ilə ermənilərin Tallində "Swiss Hotel"in önündə yerləşən kilsələri qarşısında Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ekstradisiyası və daha sonra əfv olunmasına etiraz əlaməti olaraq piket keçirmək cəhdinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, polis sayı 15 nəfərə yaxın olan aksiya iştirakçılarına piket keçirməyə icazə verməyib və nəticədə ermənilər kilsənin içərisinə toplaşmalı olublar.

Azərbaycan diasporu "Swiss Hotel"in üzərində Azərbaycan bayrağının asılmasına nail olub. Daha sonra "Aydan" Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 100-dək soydaşımız Azərbaycan Respublikasının səfirliyi önündə toplaşaraq dövlətimizin yeritdiyi siyasətə dəstək aksiyası keçirib. Səfir T.Zülfüqarov aksiya iştirakçılarının nümayəndələrini qəbul edib, onlara təxribatlara uymamağı tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti