...

Bakıda Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I milli sessiyası keçirilir

Siyasət Materials 11 Sentyabr 2012 17:24 (UTC +04:00)
Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 10-14-də keçirilən konfransın əsas mövzusu "Avropaya inteqrasiyanın bir hissəsi ol"dur.
Bakıda Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I milli sessiyası keçirilir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I milli sessiyası keçirilir.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 10-14-də keçirilən konfransın əsas mövzusu "Avropaya inteqrasiyanın bir hissəsi ol"dur.

4 gün ərzində iştrakçılar AŞ PA-da müxtəlif komitələrdə qərarların necə qəbul olunduğu ilə yaxından tanış olacaqlar.

Konfransda 55 nəfər iştirak edir. Onların arasında Rumıniya, Türkiyə, Gürcüstan və Böyük Britaniya nümayəndələri var.

Sessiyanın prezidenti kimi Böyük Britaniya nümayəndəsi Şamal Ratnayaka çıxış edir. Konfrans Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Gənclər Parlamenti (AGP) tərəfindən dəstəklənir. Eyni zamanda, tədbirin keçirilməsinə Gürcüstan Gənclər Parlamenti və AGP-Türkiyə böyük dəstək verib.

Açılış mərasimində millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, AŞ-nin Bakı ofisinin nümayəndəsi Elvin Məmmədov, AGP-Türkiyənin prezidenti Oğulcan Torun, sessiyanın prezidenti Şamal Ratnayaka, vitse-prezidenti Məryəm Metraveli, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin baş katibi Fəxrintac Abdullazadə və sessiyanın təşkilati komitəsinin rəhbəri təşkilatçısı Orxan Nağıyev çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti