...

Əli Həsənov: Postsovet ölkələri içərisində Azərbaycan neft-qaz sahəsində böyük transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır

Siyasət Materials 18 Sentyabr 2012 11:28 (UTC +04:00)
Postsovet ölkələri içərisində Azərbaycan neft-qaz məhsulları, karbohidrogen ehtiyatları, onların zənginliyi və bu sahədə son 10 ildə reallaşdırılan böyük transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır.
Əli Həsənov: Postsovet ölkələri içərisində Azərbaycan neft-qaz sahəsində böyük transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Postsovet ölkələri içərisində Azərbaycan neft-qaz məhsulları, karbohidrogen ehtiyatları, onların zənginliyi və bu sahədə son 10 ildə reallaşdırılan böyük transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda çərşənbə axşamı işə başlayan "Neft, Qaz və Media" konfransından əvvəl jurnalistlərə deyib.

Həsənov bildirib ki, ona görə də, Azərbaycan neft-qaz mövzusunda yazan dünyanın məşhur jurnalistlərinin beynəlxalq forumunun Bakıda keçirilməsini yüksək qiymətləndirir.

"Çünki istənilən halda konfransda Azərbaycanın müasir dünyanın enerji təhlükəsizliyindəki rolu, ölkəmizin karbohidrogen ehtiyatlarının bölgənin inkişafında rolu, Azərbaycan və bölgənin geosiyasi məsələləri, Xəzər neftinin və qazının alternativ marşrutlarla dünya bazarlarına çıxarılması və digər məsələlərlə bağlı çıxışlar olacaq. Düşünürük ki, biz də neft-qaz ölkəsi kimi, dünyadakı önəmli rolumuz, neft-qaz məhsullarımızın dünyanın geoiqtisadiyyatında yaratdığı yeniliklər haqqında bu konfransda məlumat veriləcək", - Həsənov deyib.

Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft, Qaz və Media" konfransı işə başlayıb.

Xəbər lenti

Xəbər lenti