...

XİN: Azərbaycan heç vaxt öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə edilməsinə icazə verməyəcək

Siyasət Materials 2 Oktyabr 2012 18:33 (UTC +04:00)
Azərbaycan heç kəsə öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə edilməsinə heç vaxt icazə verməyəcək.
XİN: Azərbaycan heç vaxt öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə edilməsinə icazə verməyəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan heç kəsə öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə edilməsinə heç vaxt icazə verməyəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İrana qarşı hərbi fəaliyyət üçün Azərbaycanın hərbi bazalarının İsrailə verilməsi barədə xarici KİV-də yayılan məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan mehriban qonşuluq münasibətlərinə sadiq qalır və heç vaxt belə addım atmayacaq.

Xəbər lenti

Xəbər lenti