...

Azərbaycan Prezidenti İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2012 15:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.
Azərbaycan Prezidenti İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İtaliya Respublikasının keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu, Foruma marağın getdikcə daha da artdığı bildirildi.

Görüşdə, həmçinin Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti