...

Azərbaycanın birinci xanımı bir sıra görüşlər keçirib (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 4 Oktyabr 2012 18:38 (UTC +04:00)
Oktyabrın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşüb
Azərbaycanın birinci xanımı bir sıra görüşlər keçirib (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşüb.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gələn qonağı Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti tədbirin əhəmiyyətini qeyd etdi, onun işinin səmərəli olacağına əminliyini bildirdi.

Görüşdə Heydər Əliyev Fondunun Bolqarıstan ilə əməkdaşlığının perspektivləri, gənclər təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi, mədəniyyət sahəsində tədbirlərin təşkili müzakirə edildi.

Daha sonra oktyabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov ilə görüşüb.

Bakı Beynəlxalq Humanitar Forumunu mühüm hadisə kimi dəyərləndirən Azərbaycanın birinci xanımı tədbirdə müzakirə olunan məsələlərin, qəbul edilən qərarların reallaşacağına ümidvar olduğunu dedi.

Mehriban xanım Əliyeva müasir dövrdə humanitar sahədə əməkdaşlığın rolunu vurğuladı.

Foruma dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Georgi Pırvanov Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoqun olduğunu qeyd etdi.

Bolqarıstanın sabiq Prezidenti gələcəkdə də bu dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Zurab Tsereteli ilə də görüşüb.

Görüşdə UNESCO-nun xoşməramlı səfirlərinin fəaliyyəti müzakirə edilmişdir.

Xəbər lenti

Xəbər lenti