...

Xorvatiyanın sabiq prezidenti Azərbaycan Müdafiə Nazirliyində olub

Siyasət Materials 5 Oktyabr 2012 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç oktyabrın 5-də Azərbaycan Müdafiə Nazirliyində olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

General-polkovnik Səfər Əbiyev hörmətli qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib.

Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.

Xəbər lenti

Xəbər lenti