...

Azərbaycanda məhkəmə hakimlərinin səlahiyyətlərinə xitam verilib

Siyasət Materials 8 Oktyabr 2012 18:50 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda məhkəmə hakimlərinin səlahiyyətlərinə xitam verilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Fikrət Nağı oğlu Babayevin öz ərizəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilsin.

Dövlət başçısının digər sərəncamına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovanın da hakim səlahiyyətlərinə xitam verilib.

Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Oqtay qızı Məmmədovanın öz ərizəsinə əsasən hakim səlahiyyətlərinə xitam verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti