...

TürkPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında iştirak edəcək

Siyasət Materials 18 Oktyabr 2012 18:45 (UTC +04:00)
TürkPA nümayəndə heyəti oktyabrın 21-26-da Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edəcək. Bu barədə cümə axşamı Trend TürkPA Katibliyindən məlumat verilib.
TürkPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

TürkPA nümayəndə heyəti oktyabrın 21-26-da Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 127-ci sessiyasında iştirak edəcək. Bu barədə cümə axşamı Trend-ə TürkPA Katibliyindən məlumat verilib.

Nümayəndə heyətinə Türk PA-nın Beynəlxalq Əlaqələr Komissiysının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov rəhbərlik edəcək.

Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, TürkPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti