...

Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında TürkPA-nın fəaliyyəti müzakirə olunub

Siyasət Materials 24 Oktyabr 2012 13:48 (UTC +04:00)
Kanadanın Kvebek şəhərində keçirilən Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 127-ci plenar sessiyasında TürkPA-nın fəaliyyəti müzakirə olunub.
Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında TürkPA-nın fəaliyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Kanadanın Kvebek şəhərində keçirilən Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 127-ci plenar sessiyasında TürkPA-nın fəaliyyəti müzakirə olunub.

TürkPA Katibliyindən Trend-ə bildiriblər ki, qurumun baş katibi Ramil Həsənov sessiyada "Multilateralizm və parlament diplomatiyası" mövzusunda çıxışı zamanı türkdilli ölkələr arasında əlaqələrin inkişafında TürkPA-nın rolundan bəhs edib. O, həmçinin TürkPA-nın digər milli parlamentlərlə əlaqələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və qlobal səviyyədə dialoq üçün ümumi parlamentlərarası platformanın gücləndirilməsinin önəmini qeyd edib.

Həsənovun sözlərinə görə, TürkPA yalnız parlamentlərarası institutlarla deyil, eyni zamanda, hökumətlərarası institutlarla əlaqələri inkişaf etdirir. Baş katib parlament və ənənəvi diplomatiya arasındakı qarşılıqlı əlaqədən danışıb və qeyd edib ki, ənənəvi diplomatiyanı tamamlayan parlament diplomatiyası siyasi dialoqun inkişaf etdirilməsinə və müxtəlif səviyyələrdə fikir mübadiləsinə yardım edir.

Həsənov Assambleyanın BMT və onun Nizamnaməsinin prinsip və dəyərlərinə və digər hamılıqla qəbul olunan prinsiplərə və beynəlxalq hüquq normalarına sadiq olduğunu vurğulayıb və TürkPA-nın aparıcı beynəlxalq təşkilatlar tərəfindən izlənilən ümumi məqsədləri paylaşan regional forum olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti