...

Azərbaycan Hava Yolları Şimali Kiprlə hava nəqliyyatının başlanması haqqında informasiyanı təkzib edib

Siyasət Materials 25 Oktyabr 2012 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir E.Tarıverdiyeva /

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə hava nəqliyyatının başlanması haqqında informasiyanı təkzib edib.

Səfərli cümə axşamı Trend-ə bildirib ki, Kipr KİV-də yayılan məlumat həqiqətə uyğun deyil.

Bir müddət əvvəl "Kibris Postasi" qəzetində dərc edilmiş məlumatda deyilirdi ki, Türkiyənin özəl şirkətlərindən biri Lefkoşadan Bakıya birbaşa aviareys həyata keçirmək fikrindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti