...

Elmar Məmmədyarov "2011-ci ilin pozitiv şəxsi" adına layiq görülüb (FOTO)

Siyasət Materials 30 Oktyabr 2012 16:40 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyada fəaliyyət göstərən Yaxın Şərq və Balkan Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (IFISEM) Məşvərət Şurasının vitse-prezidenti, Serbiyanın keçmiş Baş naziri Zoran Jivkoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov "2011-ci ilin pozitiv şəxsi" adına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyada fəaliyyət göstərən Yaxın Şərq və Balkan Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (IFISEM) Məşvərət Şurasının vitse-prezidenti, Serbiyanın keçmiş Baş naziri Zoran Jivkoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Jivkoviç Məmmədyarovun IFISEM tərəfindən "Xarici siyasət sahəsində 2011-ci ilin pozitiv şəxsi" adına layiq görüldüyünü bildirib və mükafatı təqdim edib.

Nazir Elmar Məmmədyarov təqdim olunan mükafata görə qarşı tərəfə dərin minnətdarlıq bildirib. Həmçinin, ölkəmizin Balkan ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti