...

MDB üzv ölkələrin daha çox inteqrasiya edəcəkləri ilə bağlı ümidləri doğrultmadı - politoloq

Siyasət Materials 31 Oktyabr 2012 18:10 (UTC +04:00)
MDB-nin üzv ölkələrin daha çox inteqrasiya edəcəkləri ümidi ilə yaradılmasına baxmayaraq, bu təşkilatın hər hansı ölkənin inkişafında xidməti yoxdur.
MDB üzv ölkələrin daha çox inteqrasiya edəcəkləri ilə bağlı ümidləri doğrultmadı - politoloq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

MDB-nin üzv ölkələrin daha çox inteqrasiya edəcəkləri ümidi ilə yaradılmasına baxmayaraq, bu təşkilatın hər hansı ölkənin inkişafında xidməti yoxdur. Trend-in məlumatına görə, bunu azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov "Postsovet məkanında inteqrasiya proseslərinin perspektivləri" mövzusunda Moskva-Kiyev-Kişinyov-Bakı-Yerevan-Astana multimedialı videokörpünün gedişində deyib.

"Ayrı-ayrı ölkələrin xidməti və səyləri var. Hər bir respublika daxili və xarici siaysət səviyyəsində prioritetləri ilə daha çox müstəqil oldu", - Sadıqov bildirib.

Onun sözlərinə görə, postsovet ölkələrin möhkəm əlaqələrinə dair konkret nümunələr var, həmin əlaqələr MDB yaradılmadan da qurulacaqdı.

Azərbaycan politoloqu viza rejiminin olmamasının daha sıx əməkdaşlığa imkan verdiyini qeyd edib.

"Vizasız rejim sayəsində vətəndaş cəmiyyəti inteqrasiya imkanı əldə edir ki, bu, heç də az əhəmiyyətli deyil", - Sadıqov vurğulayıb.

Digər azərbaycanlı politoloq Rasim Ağayev bildirib ki, MDB üzv ölkələrdə yaşayan insanların ümidlərini doğrultmadı. Onun sözlərinə görə, ölkələrin çoxu Avropaya inteqrasiya etmək xəyalları qurduğu bir vaxtda MDB-də necə real inteqrasiya yaratmaq olar?

Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun Postsovet Ölkələrin Tədqiqi Mərkəzinin şöbə müdiri Yelena Kuzmina qeyd edib ki, Rusiya MDB ölkələrinin iqtisadi maraqlarının əsasıdır.

"Bəzi dairələrdə düşünüldüyü kimi, MDB özünü məhv etməyib. Ölkələr inkişaf etməlidir, buna görə də hazırda çoxsəviyyəli inteqrasiya lazımdır", - o bildirib.

Politoloqun sözlərinə görə, MDB ölkələrinin çoxu avrozona modeli üzrə inkişaf etmək istəyirlər və bu baxımdan MDB ən münasib modeldir.

"Biz məhsullarımızın harada və necə qəbul edildiyini dəqiq bilirik. Hazırda inteqrasiya deyil, iqtisadi planda ölkələrin birləşməsi prosesi gedir", - Kuzmina vurğulayıb.

Rusiyanın digər politoloqu Sergey Jiltsov deyib ki, Rusiya dostluq münasibətlərinin yaradılması və iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.

"Görünür, Rusiya hazırda əməkdaşlığın bəzi aspektlərini çıxmaq şərtilə postsovet ölkələr üçün daha sərfəli tərəfdaş kimi nəzərdən keçirilmir", - o qeyd edib.

Jiltsov əlavə edib ki, inteqrasiya məsələləri müzakirə edilərkən MDB ölkələri üçün həlledici rol oynayan daxili siyasi proseslər sonadək nəzərə alınmır.

Qazaxıstandan olan politoloq Bolat Baykadamov qeyd edib ki, yaxın 2-5 ildə daha geniş inteqrasiya üçün daxili qanunvericiliyi MDB-də əməkdaşlıq çərçivəsində əldə edilən razılışmalara uyğunlaşdırmaq lazımdır.

"İnteqrasiya proseslərini sonadək necə keçirməklə bağlı heç kəsin təsəvvürü yoxdur", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti