Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Tağıyeva/
Yaxın günlərdə Ankarada keçirilməsi planlaşdırılan Suriya böhranı üzrə İran, Türkiyə və Misirin üçtərəfli görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Görüşün təxirə salınmasına səbəb iranlı nazirin iştirakdan imtina etməsi olub.
Qeyd edək ki, belə formatda görüşün keçirilməsi təklifi ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi.