...

Koray Tarqay: Azərbaycanda informasiya sahəsində qanunvericilik tam formalaşıb

Siyasət Materials 12 Noyabr 2012 11:47 (UTC +04:00)
Azərbaycanda informasiya sahəsində qanunvericilik tam formalaşıb, lakin bu sahədə böyük işlər görülsə də, bəzi problemlər hələ də var.
Koray Tarqay: Azərbaycanda informasiya sahəsində qanunvericilik tam formalaşıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda informasiya sahəsində qanunvericilik tam formalaşıb, lakin bu sahədə böyük işlər görülsə də, bəzi problemlər hələ də var. Trend-in məlumatına görə, bunu "Məlumatın əldə olunmasının təşviqində hökumət sözçüləri və jurnalistlər arasında səmərəli əməkdaşlığın rolu" mövzusunda keçirilən seminarda ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.

Tarqay bildirib ki, dövlət qurumları ilə xalq arasında əlaqələri gücləndirmək lazımdır.

Onun sözlərinə görə, jurnalistikada peşəkarlığın kefiyyəti yüksəldilməli, məlumatın əldə edilməsi ilə bağlı jurnalistlərə istiqamət verilməlidir.

Tarqay bildirib ki, ATƏT Azərbaycan hökuməti və Mətbuat Şurası ilə bu sahədə şəffaflığa və inkişafa nail olmaq üçün bundan sonra da əməkdaşlığı davam etdirəcək.

Sərbəst toplaşmaq azadlığının təmin olunması məsələsinə toxunarkən Tarqay jurnalistlərə açıqlamasında deyib ki, sərbəst toplaşmaq azadlığı insan haqlarından biri olduğu üçün bu məsələyə ehtiyatla yanaşmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti